Surə Al-Inshiqaaq — The Splitting Open
Surə Al-Inshiqaaq (The Splitting Open) — 84/114 · 25 ayə. Ərəb mətni və Azərbaycan dili tərcüməsi ilə oxuyun və dinləyin.
إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ
Göy yarılacağı
Ayah 1وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
Ayah 2وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ
Yer dümdüz ediləcəyi
Ayah 3وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ
içindəkiləri kənara atıb boşalacağı
Ayah 4وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman
Ayah 5يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحࣰ ا فَمُلَٰقِيهِ
Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan
Ayah 6فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ
Kimin kitabı sağ əlinə veriləcəksə
Ayah 7فَسَوۡفَ يُحَاسَبُ حِسَابࣰ ا يَسِيرࣰ ا
o, yüngül sorğu-suala tutulacaq
Ayah 8وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورࣰ ا
və sevincək öz ailəsinə qayıdacaqdır
Ayah 9وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ
Kimin kitabı arxa tərəfindən veriləcəksə
Ayah 10فَسَوۡفَ يَدۡعُواْ ثُبُورࣰ ا
o özünə ölüm diləyəcək
Ayah 11وَيَصۡلَىٰ سَعِيرًا
və alovlu oda atılacaqdır
Ayah 12إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا
Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi
Ayah 13إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır
Ayah 14بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرࣰ ا
Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü
Ayah 15فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ
And içirəm şəfəqə
Ayah 16وَٱلَّيۡلِ وَمَا وَسَقَ
gecəyə və onun ağuşuna aldıqlarına
Ayah 17وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ
bədirlənmiş on dörd gecəlik aya
Ayah 18لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقࣲ
Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz
Ayah 19فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ
Onlara nə olub ki, iman gətirmirlər
Ayah 20وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩
və onlara Quran oxunduqda səcdə etmirlər
Ayah 21بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ
Əksinə, küfr edənlər haqqı yalan sayırlar
Ayah 22وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ
Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir
Ayah 23فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ
Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ
Ayah 24إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ
iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır
Ayah 25