Surə Al-Maa'un — Almsgiving

Surə Al-Maa'un (Almsgiving) — 107/114 · 7 ayə. Ərəb mətni və Azərbaycan dili tərcüməsi ilə oxuyun və dinləyin.

أَرَءَيۡتَ ٱلَّذِي يُكَذِّبُ بِٱلدِّينِ

Dini yalan sayan o kimsəni gördünmü

Ayah 1

فَذَٰلِكَ ٱلَّذِي يَدُعُّ ٱلۡيَتِيمَ

O elə adamdır ki, yetimi qovar

Ayah 2

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ

və heç kəsi kasıba əl tutmağa sövq etməz

Ayah 3

فَوَيۡلࣱ لِّلۡمُصَلِّينَ

Vay halına namaz qılanların –

Ayah 4

ٱلَّذِينَ هُمۡ عَن صَلَاتِهِمۡ سَاهُونَ

o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar

Ayah 5

ٱلَّذِينَ هُمۡ يُرَآءُونَ

Onlar riyakardırlar

Ayah 6

وَيَمۡنَعُونَ ٱلۡمَاعُونَ

və az bir şey verməkdən belə imtina edirlər

Ayah 7