Surə Al-Humaza — The Traducer

Surə Al-Humaza (The Traducer) — 104/114 · 9 ayə. Ərəb mətni və Azərbaycan dili tərcüməsi ilə oxuyun və dinləyin.

وَيۡلࣱ لِّكُلِّ هُمَزَةࣲ لُّمَزَةٍ

Hər bir qeybət edənin, tənə vuranın vay halına

Ayah 1

ٱلَّذِي جَمَعَ مَالࣰ ا وَعَدَّدَهُۥ

O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır

Ayah 2

يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ

və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır

Ayah 3

كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ

Xeyr! O, mütləq Hutəməyə atılacaqdır

Ayah 4

وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ

Sən haradan biləsən ki, Hutəmə nədir

Ayah 5

نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ

Bu, Allahın qaladığı Oddur

Ayah 6

ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ

O Od ki, qalxıb ürəklərə çatacaq

Ayah 7

إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةࣱ‏

Həqiqətən, o Od onların üzərində qapanacaqdır

Ayah 8

فِي عَمَدࣲ مُّمَدَّدَةِۭ

Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar

Ayah 9